PKK terror təşkilatının liderlərindən olan erməni əsilli Nubar Ozanyan Suriyada öldürülüb.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Orhan Bakırcıyan kod adlı, erməni əsilli Nubar Ozanyan Suriyada YPG/PKK terrorçularının tərəfində döyüşürmüş. O, Rakkada İŞİD-lə qarşıdurmalarda öldürülüb.
Məlumata görə, Nubar Ozanyan adlı terrorçu 1991-1992-ci illərdə Qarabağ müharibəsində də iştirak edib. O, Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü zamanı ermənilər tərəfdə döyüşüb. Ozanyan, Türkiyədən Suriyaya gedən təşkilat üzvlərinin təlimlərinə cavabdeh olub. Sonradan o, PKK-nın Suriya qolu olan YPG-nin nəzarətindəki bölgələrdə terrorçulara təlimlər keçirib.