Astana razılaşmasından sonra Rusiya Suriyada yeni bir hərbi baza qurmağa hazırlaşır. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya hərbi bazanı Suriyanın Hama şəhərinin qərbində qurmağa planlaşdırır.
Məlumata görə, hərbi baza İdlib və ətrafındakı bölgələrə sərhəd olan Hamadakı Əsəd rejiminin nəzarətindəki bölgələrdə qurulacaq. Rusiya, hərbi baza üçün Hamanın qərbində 500 kvadrat kilometr böyüklüyündə bir sahəni satın alıb. 250-ə yaxın rejim hərbçisi də bu bazada yerləşdiriləcək. Əsəd rejimindəki mənbələrin məlumatına görə, Hamada qurulacaq hərbi baza birbaşa Lazkiyedəki Rusiyanın Himeymim hərbi bazasına bağlı olacaq.