Cənubi koreyanın prezidenti Mun Çje İn bu posta seçilməsinin 100 günlüyünə həsr olunmuş mətbuat konfransında ABŞ-la KXDR arasında yaşanan gərginliyi şərh edərkən müharibə variantını istisna edib.
Baki-xeber.com-un xəbərinə görə, yarımadada bir daha müharibənin olmayacağına əminliyini vurğulayan Koreya prezidenti əmin edib ki. ABŞ rəsmi Seulla razılaşdırmadan Pxenyana qarşı hərbi əməliyyatlara başlamayacaq. Trampın yarımada ilə bağlı bütün məsələləri Seulla müzakirə etməyə razılaşdığını bildirən Mun Çje İn bu üzdən də müharibə variantının birmənalı istisna olunduğunu deyib.