ABŞ prezidenti Donald Trampın müşaviri Stiv Bennon bəyan edib ki. Şimali Koreya böhranının hərbi həlli yoxdur.
Baki-xeber.com-un xəbərinə görə. bu barədə o, “American Prospect”-ə müsahibəsində deyib. “Məsələnin hərbi yolla həlli mümkün deyil, bunu unudun. Mən elə bir həll yolu tanımıram ki, adi silahlanmadan ötrü 30 dəqiqə ərzində on milyonlarla insan ölsün. Belə bir həll yolu yoxdur””- deyə o bildirib.
Xatırladaq ki, daha öncə prezident Tramp ABŞ-ın hərbi arsenalının “KXDR-ə qarşı döyüş hazırlığına gətirildiyi və döyüşə hər an hazır olduğu” barədə açıqlama vermişdi.