Rusiya Suriyaya 3 min muzdlu əsgər göndərib. Baki-xebert.com xəbər verir ki bu barədə xarici media məlumat yayıb.
Rusiyanın, Suriyadakı hərbi qüvvələrini qorumaq və ortaq əməliyyatlar təşkil etmək üçün “Wanger” adlı hərbi şirkətilə razılaşma əldə edib. Razılaşmadan sonra Rusiya hərbi qüvvələrilə birgə işləmək üçün “Wanger”in 3 min təcrübəli əsgəri Suriyaya göndərilib.
Məlumata görə, şirkətdə işçilərin çoxu Rusiya ordusunda quru qüvvələrində, hava qüvvələrində və dəniz qüvvələrində xidmət etmiş keçmiş əsgər və zabitlərdən ibarətdir. Onların 30-50 yaş arasında olduğu bildirilir.
Mərkəzi Argentinada olan Rusiya şirkətilə əməkdaşlıq edən və Ukranyadakı hadisələrdə kifayət qədər hərbi təcrübə topladıqları təxmin edilən əsgərlərin aylıq maaşı 5 min dollara çatır.