ABŞ prezidenti Donald Tramp yeni bir qalmaqallı mesajla gündəmə gəlib. Baki-xeber.com xəbər verir ki, Tramp online ticarət şirkəti “Amazon”u hədəf alıb.
"Amazon”, vergi ödəyən pərakəndə ticarətə böyük zərər verir. ABŞ səviyyəsində qəsəbələr, şəhərlər və əyalətlər zərər görür və bir çox insan işindən olur" – deyə Tramp bildirib.
Trampın bu açıqlamasından sonra “Amazon” hissələri 1.2 faiz aşağı düşüb.
E-ticarət nəhəngi “Amazon”, dünyada 1 trilyon dollarlıq dəyərə yüksəlməyə ən yaxın şirkət kimi tanınır.
Ancaq mütəxəssislər bu böyümənin bir fəsadının olacağı ilə bağlı xəbərdarlıq da edir. Nyu-York Universitetinin professoru Anindya Qos bildirir ki, şirkət bu cür davam edən böyümə nəticəsində bir çox insan işindən ola bilər. “Amazon” fiziki mağazalarda istehlakçıların insanlarla işləməsini istəmir".