çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İki ildə yoxa çıxan üç Səudiyyə şahzadəsi... Onlarla bağlı yeni dəlillər ortaya çıxır

Image


Son iki ildə Səudiyyənin Avropada yaşayan 3 şahzadəsi yoxa çıxıb. Baki-xeber.com BBC-yə istinadən xəbər veri ki, hər üçünün Səudiyyə hökumətinə münasibəti tənqidi olub və hər üçünün oğurlanıb Səudiyyəyə aparıldıqları barədə dəlillər var…və bundan sonra onlardan bir xəbər olmayıb.

2003-cü ilin iyunun 12-də səhər tezdən Səudiyyə şahzadəsi Sultan bin Turki bin Əbduləziz avtomobildə, əmisi, mərhum kral Fəhdə mənsub olan və Cenevrə ətrafında yerləşən saraya gətirilib. Kralın sevimli oğlu, şahzadə Əbduləziz bin Fəhd, Sultanı saraya səhər yeməyinə dəvət etmişdi. Əbduləziz, Sultandan Səudiyyəyə qayıtmağı xahiş edir. Onun sözlərinə görə, orada sultanın tənqidi çıxışları ilə bağlı Səudiyyə rəhbərliyi ilə münasibətində əmələ gəlmiş gərginlik öz həllini tapmalı idi. Sultan bu təklifdən imtina etdikdə isə, Əbdulaziz telefon zəngi etmək üçün otaqdan çıxır. Otaqdakı digər bir şəxs, Səudiyyənin İslami münasibətlər naziri, şeyx Saleh əl-Şeyx də eyni hərəkəti edir. Bir neçə saniyədən sonra isə həmin otağa maskalı adamlar daxil olaraq, Sultanı döyüb əlini qandallayır və boğazına iynə vururlar. Huşsuz vəziyyətdə Sultan Cenevrə aeroportuna gətirilir və orada gözləyən təcili tibbi yardım təyyarəsinə yerləşdirilir.

Hər halda, illər keçəndən sonra Sultanın İsveçrə məhkəməsinə verdiyi ifadələrdə hadisə belə təsvir olunub. Sultanın Cenevrə otelinə geri qayıdacağını gözləyən ətrafı arasında isə onun kommunikasiya katibi Eddie Ferreira olub. "Biz təhlükəsizlik komandası ilə əlaqə yarada bilmirdik. Biz şahzadə ilə əlaqə yaratmağa cəhd etdik, lakin o, cavab vermirdi", - Eddie Ferreira xatırlayır.

Günorta isə oteldə Sultanın qaldığı nömrəyə iki gözlənilməz qonaq gəlir. "Səudiyyənin İsveçrədəki səfiri və otelin baş meneceri bizə nömrəni boşaltmaq və oteli tərk etmək göstərişi verdilər, - Ferreira deyir. - Şahzadə artıq Ər-Riyadda idi. Bizim qulluğumuza artıq ehtiyac yox idi".

Ailəsi tərəfindən Sultanın bu cür kobudcasına oğurlanmasına səbəb nə ola bilərdi?

Ötən il o, Avropaya tibbi müalicə keçmək üçün gələndən sonra verdiyi müsahibələrdə Səudiyyə hökumətini tənqid etməyə başlamışdı. O, ölkədə insan haqları durumunu pisləmişdi, şahzadələr və rəsmilər səviyyəsində korrupsiya hallarını qeyd edərək ölkədə islahatların keçirilməsinə çağırış etmişdi.

Kral Əbduləziz 1932-cii ildə Səudiyyə Ərəbistanını yaratdığı andan ölkədə mütləq monarxiya bərqərar olub və dissidentlərə qarşı dözümsüzlük nümayiş etdirilib.

Şahzadə Turki bin Bəndər bir vaxtlar Səudiyyə poilisinin mühüm fiquru olub, kral ailəsinin mühafizəsinə cavabdeh olub. Lakin vərəsəlik mübahisəsinə görə yaranmış ailədaxili münaqişədən sonra o həbsxanaya düşür. Azadlığa çıxdıqdan sonra isə Parisə uçur və 2012-ci ildən YouTube-da Səudiyyədə islahatlara çağıran videolar yerləşdirməyə başlayır.

Səudiyyəlilərin buna reaksiyası şahzadə Sultanla olduğu kimi oldu. Onlar Turkini dilə tutub, geri qaytarmağa cəhd etdilər. Daxili İşlər nazirinin müavini Əhməd əl-Səlim, ona telefon açanda, şahzadə telefon söhbətini yazıb internetdə paylaşdı. Turki videoları 2015-ci ilin iyul ayına qədər dərc etməyə davam etdi. Lakin sonradan o yoxa çıxdı.

"O, bir-iki aydan bir adətən mənə zəng edərdi, - fəal və bloqer dostu Vail əl-Xələf deyir. - Odur ki, dörd-beş ay ondan səs çıxmayanda, mən şübhələndim. [Sonra] Krallığın yüksək vəzifəli birisindən öyrəndim ki, Turki bin Bəndər onlardadır. Demək, onlar onu tutub oğurlayıblar".

Uzun axtarışdan sonra bir Mərakeş qəzetində Turki barədə xəbərə rast gəldim. Xəbərdə deyilirdi ki, Mərakeşə səfərindən sonra Fransaya yola düşməyə hazırlaşarkən, o həbs olunub və Səudiyyənin xahişi ilə Mərakeş məhkəməsinin qərarı əsasında deportasiya olunub. Turki bin Bəndərin başına nə iş gəldiyi barədə dəqiq məlumatımız yoxdur, lakin yoxa çıxandan əvvəl o, dostu Vailə yazdığı kitabı verərək, əlyazmaya belə bir məktub də əlavə etmişdi: "Əzizim Vail, yazdığım bəyanatlar, mən oğurlana və ya öldürülənədək açıqlanmamalıdır. Bilirəm ki, onlar məni öldürəcək və ya oğurlayacaq. Onu da bilirəm ki, onlar necə mənim və Səudiyyə xalqının hüquqlarını pozur".

Turki yoxa çıxan dövrdə, kral ailəsinin daha bir üzvü eyni aqibəti yaşayıb - Avropa kazinolarını və bahalı otelləri xoşlayan şahzadə Səud bin Səif ən-Nəsr. O, Səudiyyə kral sülaləsi iyerarxiyasında nisbətən aşağı pillələrdə yer tutan birisi sayılır.

Səud, 2014-ci ildən bəri Səudiyyə monarxiyası barədə tənqidi ruhda yazılmış tvitlər paylaşıb. O, Misirdə prezident Məhəmməd Mursinin devrilməsini dəstəkləmiş Səudiyyə rəsmilərinin mühakimə olunmasına çağırış etmişdi. 2015-ci ilin sentyabrında Səud bundan da irəliyə getdi. Anonim Səudiyyə şahzadəsi tərəfindən kral Salmanı devirməyə çağıran iki məktub yazıldıqdan sonra, həmin çağırışı açıq şəkildə dəstəkləyən, kral ailəsi üzvlərindən yalnız Səud oldu. Bu hərəkət dövlət xəyanətinə bərabər idi və ola bilsin ki, bununla o, özünə hökm oxumuş oldu. "Mən ölkəni bu məktublarda yazılanları xalq təzyiqinə çevirməyə çağırıram", - Səud öz Twitter səhifəsində yazmışdı. Bundan sonra onun Twitter hesabına sükut çökdü.

2013-cü ildə Almaniyaya uçmuş digər bir şahzadə dissident - şahzadə Xalid bin Fərhan - hesab edir ki, Səud oğurlanıb. O güman edir ki, Səud, bir Rusiya-İtaliya şirkətilə işgüzar danışqlar aparmaq üçün Milandan Romaya uçmağa dilə tutulub və yolda oğurlanıb. "Səudu Romaya çatdırmaq üçün şirkətin özəl təyyarəsi göndərilib. Lakin təyyarə Romada yerə enməyib, əvəzində, Ər-Riyada uçub, - Xalid deyir. - Bu əməliyyatı Səudiyyə kəşfiyyatı qurub".

"İndi şahzadə Səudun taleyi şahzadə Turkinin taleyi ilə eynidir… həbsxana zirzəmisi", - o deyir.

Şahzadə Sultan, kral sülaləsi iyerarxiyasında daha yuxarılarda durduğundan həbsxana ilə ev dustaqlığı arasında var-gəl edib. Lakin onun səhhəti pisləşdikdən sonra, 2010-ci ildə kral ailəsi ona ABŞ-da, Massachusetts ştatının Boston şəhərində müalicə kursu almağa icazə vermişdi. Şahzadə Sultan ABŞ-da olduğu zaman İsveçrə məhkəməsinə cinayət törədilməsi barədə şikayət ərizəsi göndərdi. Həmin ərizədə o, 2003-cü ildə oğurlandığına görə şahzadə Əbduləziz bin Fəhdi və şeyx Saleh əş-Şeyxi ittiham etmişdi. Onun amerikalı vəkili, Clyde Bergstresser, şahzadənin Ər-Riyadda yatdığı kral xəstəxanasından onun sağlamlıq durumu barədə qeydləri əldə edə bilmişdi. Həmin tibbi sənədlərdə, şahzadə 2003-cü il iyunun 13-də xəstəxanaya gətirilərkən, nəfəsi ağzına yerləşdirilmiş boru vasitəsilə aldığı və zənn edildiyi kimi, hücuma məruz qalması nəticəsində diafraqmasının bir tərəfinin iflic vəziyyətdə olduğu qeyd olunmuşdu.

İlk dəfə olaraq, Səudiyyə kral ailəsinin yüksək vəzifəlisi, ailənin digər üzvünə qarşı cinayət işi qaldırmaq üçün Qərb məhkəməsinə şikayət etmişdi. Lakin Bergstresserin dediyinə görə, İsveçrə rəsmiləri tərəfindən bu işə göstərilən maraq zəif idi. "Aeroportda nə baş verdiyini araşdırmaq üçün heç nə edilmədi, - o deyir. - Pilotlar kimi idi? Bu hadisə İsveçrədə törədilmişdi. Orada nə baş verdiyinin aydınlaşdırılmasına maraq göstəriləcəyini güman etmək olardı".

2016-cı ilin yanvar ayında, Sultan, Paris otelində qaldığı zaman Səud bin Səif an-Nəsr kimi təyyarəyə oturmağa dilə tutulmuşdu. O, Qahirədə atasına baş çəkməyə hazırlaşırdı. Onun atası da Səudiyyə hökumətinin tənqidçisi kimi ad qazanmışdı. Sultanı bu səfərdə ABŞ və Avropadan olan 18 nəfərdən ibarət komandası müşayiət etməli idi. Onların arasında həkimlər, tibb bacıları və mühafizəçilər var idi.

Səudiyyə konsulluğu şahzadəyə komandası ilə birgə uçuş üçün təyyarə ayırmağı təklif edir. Şahzadə, 2003-cü ildə başına gələnlərə baxmayaraq, bu təklifi qəbul edir. Bundan sonra hadisələrin necə inkişaf etdiyini, şahzadəni müşayiət edən heyətə daxil olan iki nəfər danışmağa razılıq verib. Onlar adlarının çəkilməsini istəməyib. "Biz uçuş zolağına çıxdıq, qarşısımızda böyük bir təyyarə dayanmışdı.. üzərində təyyarənin Səudiyyə Ərəbistanına məxsus olduğu yazılmışdı," - onlardan biri deyir.

"Təyarənin göyərtəsində xeyli sayda heyət üzvü var idi - hamısı kişi idi. Cansıxıcı bir vəziyyət idi", - o birisi davam edir.

Təyyarə havaya qalxanda göyərtədəki monitorlar uçuşun Qahirəyə olduğunu göstərirdi. Lakin sonradan monitorlarda təsvir pozuldu və bu 2,5 saat davam etdi. Uçuş zamanı ona ayrılmış otaqda yuxulayan şahzadə Sultan enişə bir saat qalmış oyandı. Pəncərədən aşağıya baxandan sonra o, narahat olmağa başladı, komandasının keçmiş üzvləri deyir.

Başa düşəndə ki, onlar Səudiyyə Ərəbistanına enməyə hazırlaşır, Sultan pilot kabinəsini döyməyə və qışqıraraq köməyə çağırmağa başladı. Yerə endikdən sonra təyyarəni silahlı əsgərlər mühasirəyə aldı. Əsgərlər və təyyarənin uçuş heyəti Sultanı sürüyərək təyyarədən bayıra çıxardılar. Şahzadə, qışqıraraq öz adamlarına ABŞ səfirliyinə zəng etməyi tapşırdı. Şahzadə və onu müşayiət edən həkimləri silahlı əsgərlərin keşik çəkdiyi malikanəyə apardılar. Şahzadəni müşayiət edən komandanın qalan üzvləri isə bir müddətdən sonra otelə aparıldı. Onlar orada 3 gün ərzində pasportsuz və telefonsuz saxlanıldı. Sonradan, şahzadəni müşayiət edən adamlara istədikləri yerə uçmağa icazə verildi. Onlar Səudiyyəni tərk etməzdən əvvəl bir səudiyyəli rəsmi onlara üzrxahlıq bildirib. "O dedi ki, biz, sadəcə, yanlış vaxtda yanlış yerdə olmuşuq. Və narahtlıq yarandığına görə üzr istədi", şahzadənin komandasının keçmiş üzvlərindən biri deyir.

"Lakin söhbət narahatlıqdan getmir - bizi oğurlamışdılar. Mən istəyimə zidd olaraq seçmədiyim ölkəyə gətirilmişdim", - başqası əlavə edir.

Bu, heyrətli bir vəziyyət idi. Şahzadə Sultanla birlikdə 18-ə yaxın xarici vətəndaş oğurlanaraq Səudiyyə Ərəbistanına gətirilmişdi və Səudiyyə hərbiyyəsi tərəfindən saxlanılmışdı. Həmin hadisədən sonra şahzadə Sultan barədə heç bir xəbər yoxdur.

Müəllif Sədiyyə Ərəbistanı rəsmilərindən ittihamlara cavab verməyi xahiş edib. Onlar məsələni şərh etməkdən boyun qaçırıb.

Bu arada isə, şahzadə Xalid hələ də Almaniyada mühacirətdədir. O, Ər-Riyada zorla qaytarılacağından ehtiyat edir. "Kral ailəsi üzlərindən dördü Avropada idi. Biz ailəni və Səudiyyə Ərəbistanında tətbiq olunan üsul-idarəni tənqid edirdik. Dördümüzdən üçü oğurlandı. Yalnız mən indi qalmışam", - o deyir.

Oğurlanacaqlar siyahısında növbə ona çatmayıb ki? "Mən buna əminəm. Onların imkanı olsa, elə indicə məni oğurlayıb apararlar. Çox ehtiyat edirəm. Amma nə etmək olar, azadlığın qiyməti baha olur" – deyə o bildirir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ