ABŞ prezidenti Donald Trampın Nyu York səfəri onun üçün xoş olmayan olayla yadda qalıb.
Baki-xeber.com-un xəbərinə görə, rəqibləri onun gəlişi münasibətilə “Trump Tower”-in qarşısında onun siçovul obrasında üfürülmə kuklasını qoyublar. “Tramp”-kuklanın köynəyinin qolçaqlarında təşkilatçı konfederasiyanın, pencəyinin yaxalığında isə Rusiyanın bayrağının təsviri yer alıb. Təşkilatçılar deyiblər ki, bu kukladan bütün etiraz aksiyalarında istifadə etməyi düşünürlər.
Ümumiyyətlə isə, ABŞ prezidentinin obrazının bu şəkildə təqdim olunması birinci hal deyil. Belə ki, avqust ayının əvvəllərində Ağ Evin önündə Trampsayağı saç düzümlü nəhəng üfürülmüş cücə peyda olmuşdu.