İrkutsk vilayətində “Sentral” adlı kafedə dəhşətli olay yaşanıb.
Baki-xeber.com-un xəbərinə görə, kafenin ərazisində sərxoş şəxs burada saxlanan ayıları qatılaşdırılmış südə qonaq etmək istəyib. Bu məqsədlə o, dəmir şəbəkənin üzərindən aşaraq ayıların saxlandığı yerə yaxınlaşıb və əlindəki şirniyyat qabini vəhşi heyvana uzadıb. Lakin ayı dişlərini qaba deyil, onun qoluna keçirib və kafe işçisi köməyə gələnə kimi buraxmayıb. Ardınca yaralı ağır halda xəstəxanaya qaldırılıb.
Rusiya DİN-dən olayla bağlı təhqiqat aparıldığı açıqlanıb.