ABŞ sanksiyaları davam etdirsə İran bir neçə saat ərzində nüvə sazişindən imtina edə bilər. Baki-xeber.com xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.
İran prezidenti Trampın, ABŞ-ın yaxşı bir partner olmadığını sübut etdiyini deyib. Daha əvvəl uğursuz sanksiyalar tətbiq olunduğunu deyən Ruhani, bunların daha sonra müzakirə masasında nəticələndiyini söyləyib: "Əgər ABŞ sanksiyalara davam edərsə, İran bir neçə saat ərzində nüvə razılaşmadan çəkilə bilər".
H.Ruhani bildirib ki, onun ölkəsi 2015-ci ildə əldə edilmiş beynəlxalq razılaşmanın şərtlərinə sadiq qalmaq niyyətindədir. Lakin ABŞ “hədə və sanksiyalarına” davam etdiyi halda İran nüvə proqramlarını bərpa edərək, razılaşmadan əvvəlki vaxtlardan daha sürətli templə həyata keçirəcək.
Ruhani parlament çıxışında bildirib ki, yeni sanksiyalara cavab veriləcək.
İran bu ayın əvvəli ABŞ prezidenti Donald Trampın ölkəyə qarşı tətbiq ediləcək sanksiyanın imzalamasına etiraz edir. Bu sanksiyalar İranın ballistik raket proqramının icrasına cəlb edilmiş insanları hədəfləyir.
Hər iki ölkə digərinin addımlarını nüvə razılaşmasının müddəalarını pozmaqda ittiham edir.
2015-ci il nüvə razılaşması İran, ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya arasında uzun sürən danışıqların nəticəsində əldə edilmişdi. Danışıqların yekununda İran öz nüvə proqramını məhdudlaşdırmağa, digər ölkələr isə İrana qarşı tətbiq edilən sanksiyaları qaldırmağa razılaşmışdılar.
Əldə edilən razılaşmada raket sınaqlarına qeyd edilməməsinə baxmayaraq, ABŞ bu sınaqların keçirilməsinə etiraz edir. BMT-nin qətnaməsində İranın bu cür sınaqların keçirilməsindən cəkinməli olduğu yazılsa da, qadağa yoxdur.