BMT-nin Mali Respublikasının Timbuktu şəhərindəki mənzil-qərargahı naməlum şəxslərin hücumuna məruz qalıb.
Baki-xeber.com-un xəbərinə görə, nəticədə BMT-nin Malidə stabilliyin əldə olunması üzrə çoxprofilli kompleks missiyasının (MİNUSMA) beş üzvü, bir jandarmeriya işçisi və missiyanın bir mülki üzvü həyatını itirib. Bu barədə MİNUSMA-nın yaydığı kommünikedə deyilir.
Bundan əlavə, missiyanın təhlükəsizlik xidməttinin bit əməkdaşı və MİNUSMA-nın altı sülhməramlısı yaralanıb.
Xüsusi əməliyyat nəticəsində altı nəfər hücum edən şəxs məhv edilib.