2005-ci ildə Angela Merkelə məğlub olan Almaniyanın keçmiş baş naziri Gerhard Sröder, Rusiyada yeni vəzifəyə gətirilir. Baki-xeber.com xəbər verir ki, uzun illər “Şimali axını” boru kəməri layihəsinin rəhbərliyində yer alaraq “Qazprom”dan maaş alan 73 yaşlı Sröder, indi də ən böyük dövlət neft şirkəti “Rosneft”in idarə heyətinə daxil olur.
Məlumata görə, artıq Rusiya hökuməti, keçmiş Almaniya baş nazirinin “Rosneft”in idarə heyətinə gətirilməsinə qərarı verib. 1998-2005-ci illərdə Almaniya Baş naziri olan Sröder, Putinin yaxın dostdur.
Rusiya hökumətinin 51 faiz pay sahibi olduğu şirkətdə vəzifəyə gətirilən Sröder, Krımın ilhaqından sonra Qərb ölkələrinin Rusiyaya qarşı başlatdığı sanksiyalara qarşı çıxan ilk qərbli siyasətçilərdən biri olub. Məhz “Rosneft” də Qərb sanksiyaları altında olan rus şirkətlərindən biridir.