Moskvanın ABŞ-ın Rusiyadakı diplomatik missiyasını azaltmasından sonra, Vaşinqton ABŞ-dakı Rusiya diplomatlarına ölkə daxilində səyahət məhdudiyyətləri qoya bilər. Bununla yanaşı diplomatların səyahət sahəsi əhəmiyyətli dərəcədə azaldıla da bilər.
Baki-xeber.com xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yazıb. Qəzet diplomatik mənbələrə istinadən xəbər verir ki, Vaşinqton ABŞ-dakı Rusiya diplomatik təşkilatları işçilərinin ölkə daxilində səyahət bölgəsini, 40 kilometrdən 16-24 kilometrə qədər endirə bilər. Rusiyalı diplomatlar təyin olunan bölgədən daha uzaq yerə səyahət etmək istədikdə isə, bundan 3 gün əvvəl ABŞ Dövlət Departamentinə məlumat vermək məcburiyyətində qalacaqlar. Rusiyanın Vaşinqtondakı səfirliyi də böyük ehtimalla sanksiya tətbiq ediləcək rus diplomatik təşkilatları arasında yer alacaq.
ABŞ, mövzu ilə əlaqədar son qərarını sentyabrın 1-də əvvəl açıqlayacaq.
Rusiya Federasiya Şurasında komissiya rəhbəri olan Andrey Klimov isə sözügedən məhdudiyyət tətbiq ediləcəyi halda Moskvanın da əks addım atmaqda tərəddüd etməyəcəyini deyib.