Çin, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Şimali Koreyaya qarşı son iqtisadi sanksiyalarına qoşulub.
Baki-xeber.com xəbər verir ki, Çin Ticarət Nazirliyindən verilən açıqlamada, BMT TŞ-nin Şimali Koreyaya qarşı son sanksiyalarının Pekin tərəfindən sabahdan həyata keçirilməsinə başlanacaq.
ABŞ, Pxenyanın nüvə və ballistik raket proqramını dayandırması məqsədilə Şimali Koreya üzərindəki təsir rıçaqlarından istifadə etmək üçün Çinə təzyiq edir.
Ancaq Çin Ticarət Nazirliyinin son açıqlaması göstərir ki, Pekin bununla Şimali Koreyadan kömür, dəmir filizi və dəniz məhsullarının idxalını qadağan edir.