Rusiya Xarici İşlər Nazirliyi spikeri Mariya Zaxarova, Birləşmiş Ştatları, özünü Şimali Koreya kimi davranmaqla təqsirləndirib. Sputnik Azərbaycan xəbər verir ki, sözçü bu halın BMT TŞ-də bir ilk olduğunu bildirib.
"Vaşinqton və Pxenyanın qarşılıqlı açıqlamalarına baxın. Az qala eyni cümlələr sərf edilir. BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkə üçün bu bir ilkdir. Təəssüf ki, Amerika Şimali Koreyanın səviyyəsinə enib" — Zaxarova deyib.
Sözçü həmçinin əlavə edib ki, əgər Koreya gərginliyi müharibə ilə nəticələnsə, bu nəinki bölgə dövlətləri, bütün dünya üçün fəlakət olacaq.