Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhaniyə zəng edərək, onunla enerjidaşıyıcıları ilə bağlı bir sıra Rusiya-iran birgə layihələrini müzakirə edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında deyilir. Açıqlamada bildirilir ki, iki ölkə liderinin telefon danışığında ikitərəfli əməkdaşlığın elektrik enerjisi və nəqliyyat sferası kimi birgə layihələrdə daha da inkişaf etdirilməsi, eyni zamanda gündəmdə olan bir sıra beynəlxalq məsələlər müzakirə olunub. Suriya münaqişəsi ilə bağlı aparılan fikir mübadiləsində iki ölkə arasında regiondakı fəaliyyətin koordinasiyası ilə bağlı maraqların böhranın çözümü kontekstində üst-üstə düşdüyü vurğulanıb.
Ölkə başçıları ən müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi yönündə razılığa gəlb.