Venesuela prezidenti Nikola Maduronun oğlu Querra, ölkəsini işğalla hədələyən ABŞ-a cavab verib. O, Vaşinqtonu təhdid edərək, "əgər Amerika vətənimizə burnunu soxsa, silahlarımızla Nyu-Yorka gələrək, Ağ Evi ələ keçirəcəyik" deyib.
Ancaq Maduronun oğlunun dediyi kimi Ağ Ev Nyu-Yorkda deyil, paytaxt Vaşinqtonda yerləşir. Elə oğul Maduronun Ağ Evi Nyu-Yorkda zənn etməsi də sosial şəbəkələrdə yumoristik paylaşımlara səbəb olub.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən həftə sonu verdiyi açıqlamasında, Venesueladakı hadisələrə dair bir neçə planlarının olduğunu və o planların arasında bu ölkəyə hərbi müdaxilə variantını da istisna etməmişdi.