Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən 31 zəvvar həyatını itirib.
Baki-xeber.com-un xəbərinə görə, Səudiyyə Ərəbistanının rəsmi informasiya agentliyi SPA bu barədə olkənin Pasport Baş İdarəsinə istinadən xəbər yayıb. 31 nəfər əcnəbinin həyatını itirdiyi deyilən xəbərdə onların ölüm səbəbi açıqlanmır.
Baş İdarə bu il Həcc ziyarətinə gələnlərin 614 mininin təyyarə, 8 mininin quru, 487-sinin isə dəniz yolu ilə səfər etdiyini açıqlayıb.