Burkina Fasonun paytaxtı Ouagadougouda yerləşən bir Türk restoranına terror hücumu olub.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, hadisə şahidləri çoxlu sayda ölənin olduğunu bildirsə də, yerli polis 17 nəfərin həyatını itirdiyini açıqlayıb. “Aziz İstanbul” adlanan restoranla eyni anda yaxınlıqdakı otelin və daha bir restoranın da hücuma məruz qaldığı xəbər verilir.
“Associated Press” muxbiri olay yerinə saatlar sonra gelsə də, silah səslərinin hələ də eşidildiyini bildirib.
Qeyd edək ki, son illər ultra İslamçı gruplar tərəfindən çox sayda şiddət olayları yaşanan Burkina Fasonun paytaxtı Ouagadougouda 2016-cı ilin oktyabr ayında baş verən bənzər hadisədə 30 nəfər həyatını itirmişdi. “Əl-Qaidə”nin məsuliyyətini üzərinə götürdüyü həmin hadisədə də restoran və otel hədəf alınmışdı.