Gürcüstan Respublikasının Fransadaı səfiri Eki Siradze- Delone Parisdə soyğunçuluğa məruz qalıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə xəbər yayan “Parisien” yazır ki, cinayət cümə günü Sen-Denidə baş verib. Belə ki, iki nəfər suterdə səfirin maşınına yaxınlaşıb, maşının qapı şüşəsini qıraraq səfirin çantasını götürüb və dərhal da aradan çıxıb.
Hadisədən az sonra içərisi boşaldılmış çanta Pyerfit Sür-Senddə aşkarlanıb. Səfirin hadisədə xəsarət almadığı bildirilsə də, çantadan nəyin aparıldığı barədə bir söz deyilmir.