Ermənistanın bir neçə kəndində mal-qara arasında anlaşılmaz virus yayılıb.
Baki-xeber.com-un NEWS.am –a istinadən xəbərinə görə, mal-qara arasında yayılan infeksiyanın “yaşura” xəstəliyi ilə bağlılığı təsdiq edilməsə də, təkzib də olunmur. Hazırda Dsex və Debet kəndlərinin mal-qara sahibləri 3 həftədir ki, bilmədikləri virusdan heyvanlarını müalicə edir, nəticə isə görünmür. Maraqlıdır ki, bir sıra heyvan sahibləri mal-qarasının yaz aylarından xəstələndiyini deyir. Debet kəndinin icra nümayəndəsi Karine Nazluxanyan isə sayta açıqlamasında deyib ki, kənddə ümumilikdə mal-qaranın 70 faizi xəstədir. İcra nümayəndəsi “yaşura” virusundan ciddi şübhələrin olduğunu deyərək laboratoriya analızlərinin nəticələrini gözlədiklərini bildirib.