İrəvanın Kanaker- Zeytun rayonunda bir qrup şəxs arasında sonradan atışmaya keçən mübahisə baç verib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə erməni mətbuatı yazır. Hadisə yerinə gəlmiş əməliyyatçılar odlu silahdan atəşi 62 yaşlı Aşot Danielyanın açdığını müəyyən edib. O da bildirilir ki, atəş “Vikinq-446” tapançasından açılıb və yaxınlıqdakı BMW markalı avtomobilin şinini deşib. Xəbərə görə, Aşot Danielyan tanımadığı bir qrup şəxslə mübahisə nəticəsində silaha əl atıb. Hadisə yerində 13 millimetrlik 13 giliz və bir patron aşkarlanıb.