ABŞ Filippin ərazisində ölkənin istəyi olmadan İŞİD terror qruplaşmasının mövqelərinə zərbələr endirməyi planlaşdırmır. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun mətbuat xidmətinin nümayəndəsi Kristofer Loqan deyib.
"Filippin müraciət etməyib, ABŞ isə Filippində pilotsuz təyyarələr ilə zərbələr endirməyi planlaşdırmır", - Loqan bildirib.