Dünən axşam saatlarında Çinin şimal-qərbində yerləşən Sıçuan əyalətində 7 bal gücündə zəlzələ olub.
Baki-xeber.com-un “Timeturk”ə istinadən xəbərinə görə, nəticədə, ilkin məlumata görə, 13 nəfər ölüb, 175 nəfər isə yaralanıb. Zəlzələnin episentrinin 20 kilometr dərinlikdə olduğu xəbər verilir. Xilasetmə işlərinin aparıldığı bölgədə çox sayda binanın uçduğu və dağıntıların olduğu bildirilir.
Bu gün səhər saatlarında isə Çinin Sincan Uygur Bölgəsində 6,6 bal gücündə zəlzələ olub. Yerin 11 kilometr dərinliyində baş verən zəlzələnin dağıntıları barədə xəbər yoxdur.