ABŞ Rusiyanın amerikalı diplomatların sayını 755 nəfərədək azaltmasına sentyabrın 1-ə kimi cavab verəcək. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson açıqlama verib.
O, Filippinin paytaxtı Manilada 50-ci Cənub-Şərqi Asiya Ölkələr Birliyi Xarici İşlər Nazirlərinin toplantısında Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Görüşdən sonra açıqlama verən Tillerson, Rusiyanın bu ölkədəki amerika diplomatlarının sayının 755 nəfərədək azaldılması qərarına sentyabrın 1-də qarşılıq verəcəklərini deyib. Cavabın hansı formada oacağının hələlik müəyyənləşmədiyini ifadən edən Tillerson, Lavrovla görüşdə də bunun ona çatdırdığını qeyd edib.