Türkiyənin sahil-mühafizə xidməti Mərsin vilayətinin sahillərində 122 kiloqram kokain müsadirə edib.
“Trend”-in məlumatına görə, narkotik vasitə Liberiya bayrağı altında üzən gəmidə ələ keçirilib. Müsadirə olunan məhsulun ümumi dəyəri 24,537 milyon lirə təşkil edir.