Liviyanın sahil xidməti içərisində azı 137 miqrantın yerləşdiyi qayığı saxlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Frans Press agentliyi miqrasiya xidmətindəki mənbəsinə istinadən xəbər verir. Agentliyin xəbərinə görə, üfürülmə qayıq Liviya paytaxtı Tripolidən 40 kilometr aralıda saxlanıb. Qayıqdakılardan 5 nəfəri qadın, 3-ü azyaşlı olub. Tripolinin qeyri-leqal miqrasiya ilə mübarizə xidmətinin rəisi Amine al-Boussefi saxlanan miqrantların artıq xidmətə təhvil verildiyini açıqlayıb.
Daha öncə verilən xəbərə görə, Tripoli rəsmi şəkildə Romaya müraiət edərək Liviyadan Avropaya miqrant axınının qarşısının alınmasında dəstək istəyib.
Qeyd edək ki, Beynəlxalq Miqrasiya Xidməti (IOM) ilin əvvəlindən indiyə kimi dəniz yolu ilə Avropaya çıxan miqrant sayının 111 min olduğunu açıqlayıb. Onlardan 85 faizi isə İtaliyada məskunlaşıb. Aralıq dənizini keçməyə cəhd edərkən isə 2360 qaçqın həyatını itirib.