Rusiyanın Yakutiya vilayətində “Alrosa” şirkətinin “Mir” adlı şaxtasında qəza baş verib.
Baki-xeber.com-un xəbərinə görə, qəza şaxtaya su sızması ilə baş verib, hazırda isə şaxtada 100 nəfər var. Suyun şaxtaya karxanadan sızdığı bildirilir. O da qeyd olunur ki, su rezervuarlarındakı texnoloji çatışmazlıq üzündən şaxtanı su basa bilər. Hazırda şaxtadakı işçilərin xilasetmə işləri aparılır.