Türkiyənin paytaxtı Ankarada ildırımla müşayiət olunan güclü yağış yağıb.
“Trend”-in məlumatına görə, şəhərin mərkəzi parklarının birində ildırım vurması nəticəsində bir neçə nəfər yaralanıb. Yaralananlar arasında uşaqların da olduğu bildirilir.
Güclü ildırım park ərazisində bir ağacın qırılmasına da səbəb olub.