Bu gün səhər saatlarında dünyanın ən hündür yaşayış binalarından olan Dubayın 79 mərtəbəli “The Torch” qöydələnində yanğın baş verib.
Baki-xeber.com-un “Reuters”ə istinadən xəbərinə görə, yanğını tez bir zamanda lokallaşdırmaq mümkün olub. Belə ki, səhərin erkən saatları (4:00) olmasına baxmayaraq, bütün sakinlər evakuasiya olunub.
Yerli orqanlar insident nəticəsində xəsarət alanların olmadığını bildirib. Yanğının başvermə səbəbi isə hələlik bəlli deyil.