Gürcüstandan birtərəfli ayrılaraq özünü müstəqil elan etmiş Abxaziyanın Primorskoye qəsəbəsində yerləşən sursat anbarında hələlik bilinməyən səbəbdən partlayış baş verib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yerli mətbuat xəbər yayıb. Xəbərə görə, hadisə nəticəsində 50 nəfər yaralanıb. Yaralılardan 41 nəfəri Gudauta, diğərləri Suxumi şəhərlərindəki xəstəxanalara qaldırıldığı xəbər verilir.
Hadisə zamanı ölüm halı qeydə alınmayıb.