ABŞ prezidenti Donald Tramp ölkəsinin Əfqanistandakı ordusuna komandanlıq edən Con Nikolsonun görəvdən azad edilməsini tələb edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə NBC telekanalı özünün mənbələrinə istinadən xəbər yayıb. Xəbərdə deyilir ki, Tramp ABŞ-ın əfqanıstanda müharibəni uduzduğu qənaətindədir və o üzdən ordu rəhbərliyində rotasiyanı gərəkli sayır. “Biz udmuruq, biz uduzuruq”- deyə Amerika prezidenti Əfqanıstandakı son durumu şərh edərkən bildirib. Eyni zamanda Tramp ABŞ-ın NATO-dakı müttəfiqlərindən də narazılığını ifadə edib.
Bundan öncə isə ABŞ senatoru Con Makkeyn Vaşinqtonun Əfqanıstanda müharibəni uduzduğunu demişdi.