Türkiyədə iyulun 24-dən 31-ə kimi keçirilən 1157 antiterror əməliyyatında 35 terrorçu zərərsizləşdirilib.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyə DİN-in açıqlamasında deyilir. Xəbərə görə, əməliyyatlar əsasən Bingöl, Van, Şırnak, Hatay və Diyarbəkir əyalətlərində aparılıb. Nəticədə 17 terrorçu məhv edilib, 7-si ələ keçirilib, 11 cinayətkar isə silahı ataraq təslim olub.
Eyni zamanda, əməliyyat zamanı terrora dəstək verməkdə şübhəli bilinən 243 nəfər saxlanıb. Daha 57 nəfər isə barəsində İŞİD-lə əlaqə şübhəsi olduğu üçün saxlanıb.
Xatırladaq ki, Türkiyənin əsasən sözügedən rayionunda məskunlaşmış PKK gücləri 2015-ci ildən ölkənin hüquq-mühafizə orqanlarına və vətəndaşlarına hücum edir. Türkiyə dövlətinin yaranmış situasiyanın çözümü yönündə fəaliyyəti isə hələlik nəticə vermir. Artıq sözügedən müddət ərzində, rəsmi məlumatlara görə, 500 dinc sakin, 800 nəfər isə hüquq-mühafizə orqanı əməkdaşı həlak olub. 10 mindən çox terrorçu isə məhv edilib və həbs olunub.
ABŞ və Qərb ölkələri də PKK-nı terror təşkilatları sırasna daxil edib.