İraqda şiələrin lideri Əli əl-Sistaninin məhvinə yönəlik terror hadisəsinin qarşısı alınıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Əs-Sabah” qəzeti xəbər yayıb. Xəbərə görə, ölkənin terrorizmə qarşı kəşfiyyat idarəsindən bildiriblər ki, İŞİD müsəlmanların Kərbəla, Bəsrə, Samirə şəhərlərindəki müqəddəs ocaqlarda və Nəcəf şəhərindəki “Kufə” məscidində terror aktları törətməyi planlaşdırıb. Eyni zamanda şiə müsəlmanların lideri əl-Sistaninin evinə də hücum hazırlanıb. Lakin açıqlamada deyildiyi kimi, təhlükəsizlik qüvvələrinin vaxtında müdaxiləsilə terror aktlarının qarşısı alınıb.