Mançesterdə polisin saxladığı şübhəli şəxs hirsini onun itindən çıxıb.
Baki-xeber.com-un xəbərinə görə, öncə o, polisə müqavimət göstərib. Daha sonra isə polisin ovçarkasına hücum edərək onun qulağını dişləyib. Maraqlıdır ki, polis uzun müddət aqressiv şəxsi itdən ayıra bilməyib. Üstəlik insident zamanı bir polisin qolu sınıb, dodağı partlayıb. 7 dəqiqəlik “əlbəyaxa döyüşdən” sonra nəhayət onları ayırmaq mümkün olub.
Hazırda itin sahibi onun bu əməlinə görə də qanunvericiliklə cəzalandırılmasını tələb edir.