“Russia Today” telekanalının jurnalisti Xalid əl-Xətib Suriyanın Homs vilayətində İŞİD terrorçu qruplaşmasının raket atəşi nəticəsində həlak olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə xəbər iyulun 30-da telekanalın saytında yerləşdirilib. “RT telekanalının əməkdaşı Xalid əl-Xətib Homs şəhərinin şərqində yerləşən Əs-Suhna vilayətində terrorçu İŞİD təşkilatına qarşı aparılan hərbi əməliyyatları işıqlandıran zaman terrorçuların atdığı raket atəşi nəticəsndə həyatını itirib” – deyə telekanalın saytında yer alan xəbərdə bildirilir.