Türkiyənin Antalya turizm rayonunun Kəmər bölgəsində istirahət edən rusiyalı turist dünyasını dəyişib.
Baki-xeber.com-un xəbərinə görə, beşulduzlu otellərin birində həyat yoldaşı ilə birgə qalan 36 yaşlı Oksana Astafyeva dənizdə çimərkən halı pisləşib. Bəlli olub ki, turist qadın astma xəstəsi olub və həmin gün çimərliyə gedərkən inqalyasiya aparatını oteldə unudub. Boğulmağa başlayan qadını yaxınlıqda istirahət edən şəxslər sudan çıxarıb və təcili yardımla xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Bu arada Türkiyənin “Milliyet” qəzeti daha iki turistin dünyasını dəyişməsi barədə xəbər yayıb. Onlardan biri – 56 yaşlı Aleksandr Şevçenko dənizdə boğulub, digəri – 47 yaşlı Tatyana Loginova isə ürək tutmasından vəfat edib.