İstanbulda yüzlərlə qadın bir araya gələrək, kişilər tərəfindən onlara qoyulan geyim qadağalarına qarşı etiraz aksiyası keçirib.
Baki-xeber.com “Reuters”ə istinadən xəbər verir ki, aksiyanın əsas şüari “Qiyafətimə qarışma”, “İtaət etməyəcəyik, susmayacağıq, mübarizə aparacağıq və qalib gələcəyik” olub. Aksiya iştirakçiları əllərində asılqanlarda cins şortlar daşıyaraq yürüş ediblər.
Qeyd edək ki, son zamanlar modern geyimdə olan qadınlara hücumlar artır ki, buna misal olaraq avtobusda gənc adamın tanımadığı sərnişin qızı məhz şort geydiyinə görə şillələməsini göstərmək olar.