Almaniya “Şimal axını-2” –nin genişlənməsini nəzərdə tutan 5 layihədən geri çəkilib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Deutsche Welle” nəşri yazır. Xəbərə görə, bu addıma səbəb kimi “Şimal axını”nın realizə perspektivinin “xeyli dərəcədə müəmmalı” olması göstərilir. İyulun 26-da yayılan press-relizdə göstərilir ki, “Şimal axını-2” –nin tikintisinə gərəkən icazə alınarsa, onlar yenidən bu plana qoşula bilər. Çünki bildirildiyinə görə, plan üzrə layihələrdən üçü üzərində kifayət qədər işlənilmədiyindən qurum onları təsdiqləyə bilmir. Nəşrin sorğusu üzrə bildirilib ki, söhbət 462 milyon avroluq investisiyadan gedir.
“Bu düzəlişlərlə biz əslində alman istehlakçılarını gərəksiz xərcləmələrdən azad edirik. Yalnız zərurət olduğu təqdirdə belə bahalı layihələrə qol qoyacağıq”- deyə qurumun başçısı Jochen Homann bildirib.
Qurumdan bu qərarın ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının genişləndirilməsilə əlaqəsinin olub-olmaması ilə bağlı sualı şərh etmək istəməyiblər.