Fransa, ABŞ-ın İran və Rusiyaya qarşı planlaşdırdığı yeni sanksiyaların qanuni olmadığını bəyan edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Qeyd edilir ki, ABŞ-ın İran, Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyaları qanuni deyil. Sanksiyaların beynəlxalq hüquqa uyğun olmadığı və ABŞ-ın suverenliyindən kənara çıxdığı bildirilir.
ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edilən sanksiyaların avropalı şirkətlərə də mənfi təsir edəcəyi gözlənilir.
Fransa XİN, Fransa və Avropa qanunlarının sanksiyalardan sonra dəyişməsinin vacib olduğunu və bunu Avropa Birliyi səviyyəsində müzakirə edilməsinə ehtiyac yarandığını bildirib.