ABŞ Baş prokuroru Ceff Seşns bu günlərdə informasiya sızması ilə bağlı bir neçə cinayət işinin təhqiqatı barədə açıqlama verməyə hazırlaşır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Washington Post” adını çəkmədiyi məmurlara istinadən xəbər verir. Qəzetin xəbərinə görə, həmin təhqiqatlar məxfi kəşfiyyat məlumatlarının mediaya sızması ilə bağlıdır.
Qeyd edək ki, daha öncə Tramp jurnalistlərin Baş prokurora etibar edib-etməməsilə bağlı sualına cavab verməkdən yayınıb. ABŞ prezidenti administrasiyasının kommunikasiyalar üzrə direktoru Entoni Skaramuççi isə media mənsublarına bildirib ki, Ağ Ev “yaxın zamanda” Seşnsla bağlı qərar qəbul etmək niyyətində deyil.