Ankara Rusiyadan “C-400” zenit-raket kompleksləri almasının səbəbini izah etməlifir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Pentaqonun nümayəndəsi Ceff Devis bəyan edib. Onun sözlərinə görə, NATO-nun əsas elementi bütün müttəfiqləri arasında silahlanmada uyğunluğu təmin etməkdir. “O üzdən Türkiyə Rusiyadan “C-400”-ləri alma səbəblərinə aydınlıq gətirməlidir” – deyə o qeyd edib.
Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, ABŞ-ın Ankaranın Moskva ilə “C-400”-lərlə bağlı danışıqlar aparmasından narahatlıq duymasına əsas görmür. O deyib ki, Rusiyadan bu silahların alınma səbəbi onun analoqlarının ABŞ-dan alınmasının mümkünsüzlüyüdür.
“Biz Amerika ilə bu mövzuda bir neçə dəfə danışdıq, lakin söhbətimiz alınmadı. Amma biz “C-400”-lərlə bağlı planlar qurmağa başlamışdıq. Hazırda əlaqədar qurumlar bu istiqamətdə danışıqları davam etdirir və biz bu qurğulara sahib olacağıq”- deyə Ərdoğan bildirib.
Qeyd edək ki, “C-400 Triumf” strateji və taktiki aviasiyanın təyyarələrinin və ballistik raketlərin yüksək səviyyədə məhvi üçün nəzərdə tutulur.