Ermənistanda fövqəladə hallar nətifəsində qeydə alınan ölüm statistikasında ötən illə müqayisədə 16,7 faiz artım qeydə alınıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə bu ölkənin “panarmenian.am” saytı xəbər verib. Xəbərə görə, iyulun 24-də şlkənin Milli Böhran Mərkəzinin başçısı Ovannes Xangəldyan keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, baş vermiş 6069 fövqəladə hadisə səbəbindən 149 nəfər dünyasını dəyişib ki, bu da ötən ildəkindən 7 faiz çoxdur.
Mərkəz rəhbəri deyib ki, ölənlərin 90 faizi trafik, yanğın və zəhərlənmənin qurbanı olub.