ABŞ dövlət katibi Reks Tillerson tutduğu postu tərk edə bilər.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə CNN özünün diplomatın ətrafındakı mənbələrinə istinadən xəbər yayıb. Mümkün istefaya səbəb kimi isə dövlət katibi ilə prezident Tramp arasındakı fikir ayrılığı göstərilir.
Bundan əlavə, Reks Tillerson Ağ Evin kadr siyasətindən, o cümlədən İrana son münasibətindən narazıdır.
Xatırladaq ki, “Axios” nəşrinin iyulun 24-də verdiyi xəbərə görə, Tramp ədliyyə naziri Ceff Seşnsın fəaliyyətindən narazıdır və onun yerinə Nyu Yorkun eks meri Ceff Culianini gətirməyi düşünür. Trampın ədliyyə nazirinə münasibətinin korlanmasına isə “The Washington Post” qəzetində gedən bir yazıda yer alan fikirlərin səbəb olduğu deyilir. Həmin yazıda iddia olunur ki, prezident seçkisi dönəmində Trampın seçki qərargahında məsləhətçi funksiyasını daşıyan Seşns seçkiqabağı kampaniyanı Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla müzakirə edib və Ağ Evin siyasi kursunun “Rusiya üçün əhəmiyyət kəsb edən məqamlarına” toxunub.