Əfqanıstanın paytaxtı Kabildə intiharçının özünü partlatması nəticəsində 20 nəfər həlak olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Tolo News” telekanalı xəbər yayıb. Xəbərə görə, intiarçı-bombaçı terror əməlini törətmək üçün Kabilin altıncı polis rayonunu, icra başçısının ikinci müavini Məhəmməd Moxakikin evinin qarşısını seçib. Son məlumatlara görə, partlayış nəticəsində 20 nəfər həyatını itirib.