ABŞ İrana qarşı ballistik raket proqramı ilə bağlı yeni sanksiya tətbiq edib. Baki-xeber.com xəbər verir ki, 18 şirkət və ya şəxsi əhatə edən iqtisadi sanksiya siyahısında İranın nüvə proqramı ilə əlaqəli olduğu bildirilən 1 türk və 4 Çin şirkət də yer alır.
Bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb. Açıqlamada, İranın nüvə proqramını dəstəklədiyi iddia edilən 1 türk və 4 Çin şirkətinə də sanksiya tətbiq olunduğu qeyd edilir.
Siyahıdakı Türkiyə şirkətinin dənizçilik avadanlığı ticarətilə məşğul olan “Ramor Group” olduğu bildirilir.