ABŞ-ın Vaşinqton ştatında məktəbli təsadüfən Pentaqon rəhbəri Ceyms Mettisin telefon nömrəsini KİV-də görərək ona zəng edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Washington Post” yazıb. Xəbərə görə, məktəbli Teddi Fişer journalist olmaq arzusundadır və may ayında saytdakı bir fotoda təsadüfən Pentaqon rəhbərinin telefon nömrəsini görüb. Sonradan şəkil saytdan götürülsə də, Teddi onu qeyd etməyə imkan tapıb. Bundan sonra məktəbli telefon nömrəsinin həqiqətən Pentaqon rəhbərinə aid olub-olmadığını dəqiqləşdirmək üçün həmin nömrəyə zəng edib. Nəticədə gələcəyin jurnalisti üçün hər kəsə nəsib olmayan ir imkan açılıb və o, Ceyms Mettisdən “həyatının intervüsünü” götürüb. 45 dəqiqəlik ünsiyyət zamanı Pentaqon rəhbəri məktəblinin hətta xarici siyasətlə bağlı suallarını dahəvəslə cavablandırıb.