Hamburqda keçirilən G-20 sammitində nahar zamanı liderləri xanımlarından ayrı oturdublar və Rusiya prezidenti Vladimir Putin təsadüf nəticəsində ABŞ prezidentinin xanımı Melanya Trampla yanaşı əyləşib.
Baki-xeber.com bu barədə “Daily Mail”-ə istinadən xəbər verir. Xəbərə görə, ABŞ-ın birinci xanımı bir neçə xarici dildə sərbəst danışır. “Putinin də alman dilini bilməsi isə onlar arasında ünsiyyətin yaranmasına yardımçı olub”- nəşr yazır.
Xəbərdə Donald Trampın isə Almaniya kansleri Merkel və ÇXR prezidenti Si Tzinpinin əhatəsində nahar etdiyi də bildirilir.