İtaliya məhkəməsi Aktrisa Ornella Muti barəsində Putinlə nahar etməsi üzündən 500 avroluq cərimə və 6 aylıq şərti həbs hökmü çıxarıb.
Baki-xeber.com-un xəbərinə görə, aktrisa Putinlə nahar etmək üçün iş yerinə saxta tibbi arayış verməkdə günahlandırılır. Bundan əlavə, aktrisa məhkəməyə müraciət edən Pordenone teatrına da 3,5 avro ödəməli olacaq. Bu barədə İtaliyanın Il Gazzettino nəşri xəbər verir. Xəbərə görə, məhkəmə 2015-ci ildə çıxarılan hökmü yüngülləşdirib. Belə ki, o zaman aktrisa barəsində 600 avro cərimə və 8 aylıq şərti həbs hökmü çıxarmışdı.
Hadisə isə 2010-cu ildə baş verib. Belə ki, Pordenone şəhərindəki Verdi adına teatrda baş rol ifa edəcəyi tamaşanı “dizüstə” qoyaraq o zaman Baş nazir olan Putinlə Sankt Peterburqda xeyriyyə tədbirində nahar edib. Bundan xəbər tutam teatr rəhbərliyi aktrisani dələduzluqda ittiham edərək məhkəməyə müraciət edib.