Almaniyanın Hamburq şəhərində G20 sammitinə qarşı yürüş keçirilir.
“Trend”-in məlumatına görə, “G20 – xoş gəlməmisiniz” şüarı altında davam edən yürüşdə 12 minə yaxın adam iştirak edir. Yürüş zamanı “G20 əvəzinə sonsuz həmrəylik”, “G20-yə yox”, “İrqçiliyə qarşı mübarizə” kimi şüarlar səsləndirilir.
Hamburq polisinin məlumatına görə, yürüş ümumilikdə dinc xarakter daşıyır.